Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Təmir işləri ilə əlaqədar oktyabrın 17-də saat 06:00-dan etibarən Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə "AzPolitika"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunub.