Bu yolda nişan var, zebra yoxdur: Piyadaların həyatı təhlükədədir VİDEO

26.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı–Sumqayıt avtomobil yolunda hərəkətin təşkili ilə bağlı mövcud çatışmazlıqlar piyadalar üçün ciddi təhlükə yaradır. Bu barədə bir neçə sakin redaksiyamızın qaynar xəttinə müraciət edərək narahatlıqlarını bildiriblər. Onlar bildirir ki, sürücülər yüksək sürətlə hərəkət edərək yolu keçmək istəyən piyadalara yol vermirlər. Xüsusilə axşam saatlarında vəziyyət daha da çətinləşir. Həmin zaman yolu təhlükəsiz şəkildə keçmək demək olar ki, mümkünsüz olur.

Qeyd edək ki, bir çox sürücü nizamlanmayan piyada keçidlərində quraşdırılmış yol nişanlarına məhəl qoymurlar. Yalnız asfalt üzərində zebra xətləri olduqda dayanaraq piyadalara yol verirlər. Bu cür laqeyd və məsuliyyətsiz davranış isə sonda piyadaların həyat və sağlamlığını risk altına qoyur.

Ümid edirik ki, aidiyyəti qurumlar yolda olan çatışmazlığı tez bir zamanda aradan qaldıracaq.

Fərid

Oxunub 28

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью