Bu yolda nişan var, zolaq yoxdur: sürücülər yol vermir Video

19.08.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçilər” metrosu yaxınlığında, Musa Əliyev küçəsində aparılan asfaltlama işlərindən sonra piyada zolağının yenidən çəkilməməsi narazılığa səbəb olub.

Bu barədə Axar.az-a şəhər sakinləri şikayət ünvanlayıb.

“Yolda əvvəllər piyada keçidi olub və piyada nişanı da olduğu kimi qalır. Lakin bir neçə gün öncə yol asfaltlandıqdan sonra piyada zolağı çəkilməyib. Bu səbəbdən yolu keçmək istəyən piyadalar, xüsusilə də nəqliyyatın sıx olduğu saatlarda, dəqiqələrlə gözləməli olurlar. Sürücülər isə piyada zolağı olmadığı üçün dayanmırlar”, - şikayətdə bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza bildirilib ki, yol yeni təmirdən çıxdığı üçün nişanlanma xətləri çəkiləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью