Bu yolda qar uçqunu AVTOMOBİLLƏR QARIN ALTINDA QALIB+ VİDEO

26.02.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Batumi yolunda qar uçqunu baş verib.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, uçqun nəticəsind

 çoxsaylı avtomobil qarın altında qalıb.

Yolun Rikoti hissəsinin 141-ci km-də  baş verən uçqunda  bir neçə avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Məlumata görə, qar uçqunu səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayanıb.

Bildirilib ki, əraziyə xüsusi texnika səfərbər olunub və yolun təmizlənməsi işləri aparılır. Təmizləmə işləri başa çatdıqdan sonra nəqliyyatın hərəkəti bərpa olunacaq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью