Bu yolda sürücülər kütləvi qayda pozub təhlükəyə və süni tıxaca səbəb olurlar VİDEO

17.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Yasamal rayonu Kənar Dairəvi yolda sürücülər mütəmadi olaraq  kütləvi şəkildə qayda pozurlar.

Məsələylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” səhifəsinə videomateriallar göndərib. O bildirib ki, sözügedən yolda sürücülər əks istiqamətli yola çıxaraq həm təhlükə yaradırlar, həm də süni tıxaca səbəb olurlar. Görüntülərdən də aydın olduğu kimi, 77-DG-627 dövlət nömrə nişanlı “Hyundai” markalı, 99-HL-556 dövlət nömrə nişanlı “Volkswagen” markalı, 99-SS-815 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobillərin sürücüləri qarşı tərəfə keçiblər. Nəticədə onlar avtomobillərin yolunu kəsiblər və bu halda sürücülər zolaqdan kənar hərəkət etməli olublar. Lakin vaxtlarına qənaət etmək üçün qayda pozan sürücülər qarşıdan gələn maşınların yolunu kəsərək əks yolda da tıxac yaradıblar.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью