Bu yolda təhlükəli vəziyyət yaranıb: Asfalt çökür... VİDEO

22.06.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda yolun qəzalı vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər narahatlıq yaradıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Səməd bəy Mehmandarov küçəsindən gedir.

Belə ki, sürücülərdən biri yolun çökmüş hissəsini videoya çəkərək onun təhlükəli vəziyyətdə olduğunu bildirib. Görüntüyə diqqətlə baxanda asfalt qatının çökdüyü və yaxın vaxtlarda böyük bir dəliyin açılma ehtimalının olduğu görünür. Bu isə yaxın vaxtlarda həmin ərazidə daha böyük çökmənin baş verməsi və yolda iri çuxurun əmələ gəlməsi riskini artırır. Belə vəziyyət həm minik avtomobilləri, həm də ağır tonnajlı nəqliyyat vasitələri üçün ciddi təhlükə yarada bilər.

Sürücü aidiyyəti qurumları sözügedən əraziyə baxış keçirməyə və problemi aradan qaldırmağa çağırır.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью