Bu yolda təmir bərpa işləri yekunlaşdı

12.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində apardığı təmir-bərpa işlərini yekunlaşdırıb.

Axar.az agentliyə istinadla xəbər verir ki, təmir-bərpa işləri çərçivəsində yol yatağında zəruri torpaq işləri görülüb, hamarlama və yol örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə ərazidə drenaj sistemi qurulub. Səth və yağış sularının kənarlaşdırılması üçün suötürücü borular quraşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində yolun hərəkət hissəsində su yığılması probleminin aradan qaldırılması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin minimuma endirilməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün daha əlverişli şəraitin yaradılması təmin edilib.

Beləliklə, Hökməli–Qobu–Güzdək avtomobil yolunun sözügedən hissəsində təmir-bərpa işləri başa çatdırılıb və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью