Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Binəqədi şosesində bir neçə gündür ki təmir işləri aparılır.
Milli.Az xəbər verir ki, 6 kəndi Azadlıq prospekti ilə birləşdirən şosedə təmir işlərinin aparılması yolda pik saatlarda nəqliyyatı iflic edib.
Adi günlərdə də kilometrlərlə tıxac müşahidə olunan yolda aparılan təmir işləri indi daha da uzun tıxacların yaranmasına səbəb olur.
Təmir işləri ilə əlaqədar olaraq Azərsu-dan bildirilib ki, qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən hər hansı iş aparılmır. Qazıntı işləri başqa şirkət və ya qurumla əlaqəlidir.
Azəravtoyol da bildirib ki, təmir işləri onlarla da əlaqəli deyil.
İslam
Milli.Az