Bu yoldan keçərkən ehtiyatlı olun

20.04.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nasosnu qəsəbəsi ərazisindən Bakı istiqamətində avtomobil yolu bərbad vəziyyətdədir və vətəndaşlar bu vəziyyətdən zərər görür.

Bu barədə vətəndaşlar BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildirilib.

Hanukov Sadiq adlı şikayətçi bildirib ki, 04.04.2026-cı il tarixində, saat 04:50 radələrində Bakı istiqamətində, Nasosnu qəsəbəsi ərazisində yerləşən yuxarı yolda hərəkətdə olarkən avtomobilinə ziyan dəyib.

"Nasosnu qəsəbəsi ərazisində yerləşən yuxarı yolda hərəkətdə olarkən avtomobilim yolun hərəkət hissəsində olan dərin çalaya düşüb. Nəticədə avtomobilin təkəri zədələnib (şin yarılmışdır). Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülməyib", - deyə şikayətçi bildirib.

Hadisənin görüntülərini təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью