Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Griffith Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, fiziki fəaliy
Əgər 40 yaşdan yuxarı hər kəs əhalinin 25%-i qədər aktiv olsaydı, 11 il daha çox yaşaya bilərdi.
BAKU.WS xəbər verir ki, məqalə "British Journal of Sports Medicine" jurnalında dərc olunub.
Əhalinin ən az aktiv kəsimi olan 40 yaşdan yuxarı insanlar, gəzdikləri hər saat üçün ömürlərini altı saat artıra bilirlər.
Üstəlik, əhalinin ən aktiv 25%-nin ölüm riski ən az aktiv olanlarla müqayisədə 73% azdır.
Ümumilikdə, maksimum hərəkətlilik səviyyəsinə çatdıqda gözlənilən ömür uzunluğu təxminən 11 il arta bilər.
Tədqiqata rəhbərlik edən professor Lennart Uierman, "Bu, əldə edilə bilən bir məqsəddir, əhalinin dörddə biri artıq bunu edir" deyib.
Fiziki fəaliyyət siqareti tərgitməklə müqayisə edilə bilən təsir gücünə bərabərdir.