Bu yollarda elektron tərəzilər var SİYAHI | Icma.az
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Qeyd edilib ki, artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır: M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
Tam oxu
Xəbəri oxu