Bu yollarda hərəkət yenidən təşkil edilib VİDEO

25.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – məlumatda qeyd olunub.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью