Bu yollarda nişanlanma işləri davam etdirilir FOTO

20.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxt yollarında nişanlanma işləri davam etdirilir.
AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub və piyada keçidləri yenilənib:
Lökbatan şossesində və Babək prospektində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb;
Araz Novruzov küçəsində 1 ədəd, "28 May" küçəsində 4 ədəd, İlqar Musayev küçəsində 2 ədəd, Etibar Bəkirov küçəsində 2 ədəd piyada keçidi yenilənib.
Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları, yol hərəkət qaydalarına riayət etmələri tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью