Bu yollarda təmir gedir Sürücülərin nəzərinə!

28.02.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində yolda aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərindən diqqətli olmaları tövsiyə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью