Bu yollarda TIXAC VAR

20.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət: Elektronika məhsulları

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью