Bu yollarda üfüqi nişanlanma xətləri təşkil olunub FOTO

02.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxt yollarında nişanlanma işləri davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə,  paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

- Xaqani, Kövkəb Səfərəliyeva, Dilarə Əliyeva, Nizami, Puşkin, Abdulla Şaiq küçələrində, eyni zamanda,  Dənizkənarı küçədə (Bibiheybət məscidi yaxınlığında), Neftçilər, 20 Yanvar və Lökbatan dairələri ətrafında, 8 Noyabr prospektində üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib;

- Bakı-Sumqayıt, Bakı-Ələt, Qala yolunda, Vaqif, Gəncə, Qara Qarayev prospektlərində, Zabrat şossesində və  Sabunçu körpüsündə üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri davam etdirilib;

- Aşıq Ələsgər küçəsində 50 metrlik məsafədə müvafiq üfüqi nişanlanma xətti silinərək 1.5 üfüqi nişanlanma xətti ilə əvəz edilib;

- Xocalı prospektində, Şəmsi Bədəlbəyli və Fətəli xan Xoyski küçələrində avtobus zolaqları üzrə “BUS” loqolarının təşkili işləri görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью