Bu yollarda velosiped xətləri ləğv edilə bilər KONKRET

23.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Hikmət Babayev Bakıda velosiped zolağı olan yerlərdə müşahidələrin aparılmasını və zəruri olmayan yerlərdə velosiped xətlərinin ləğv edilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, deputat bu barədə parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bu təkliflə çıxış edib.

Deputat qeyd edib ki, bir çox yollarda velosiped xətləri çəkilib, ancaq bəzi yollarda velosiped və skuterlər bu yollardan istifadə etmir və ya çox az istifadə edir:

“Müşahidələr aparılsın, zəruridirsə qalsın, zəruri deyilsə qalmasın. 3 ay müşahidələrsən sonra deyə bilərik ki, filan yerdə bu xətləmələr lazım deyil”.

(iqtisadiyyat.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью