Bu yolların təmirinə 1,3 milyon manat ayrıldı | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonunun Hökməli, Məmmədli və Qobu qəsəbələrində yollar əsaslı təmir olunacaq.
Axar.az Trend-ə istinadən xəbər verir ki, təmir işləri Hökməli qəsəbəsinin S.Əskərova, Ə.Cəfərov, Həsən Əliyev, Y.Qarayev küçələrində, Məmmədli qəsəbəsinin M.Şirinov, E.Əliyev, M.Zeynalov, Z.Əliyeva, B.Vahabzadə küçələrində, Qobu qəsəbəsinin isə A.Qəribov, T.Sahibcanov, NHacıağayev küçələrində aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti (RİH) hazırlıqlara başlayıb.
RİH sözügedən işlərin icrasını "Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 1.298.707,29 AZN (1 milyon 298 min 707 manat 29 qəpik) müqavilə bağlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu