Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xırdalan şəhərində yolun hərəkət hissəsində yaranan təhlükəli vəziyyət sürücülərin həyatı üçün ciddi risk yaradır. Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektinin sağ zolağında yerləşən lyukların qapaqları çıxarılıb.
Həmin lyuklara düşən avtomobillər zədələndiyindən, bəzi şəxslər sürücüləri xəbərdar etmək məqsədilə çuxurların qarşısına müxtəlif əşyalar qoyublar. Lakin təhlükənin qarşısını almaq məqsədilə edilən bu cəhdlər yolda vəziyyəti daha da riskli hala gətirib.
Qeydə alınan videodan görünür ki, lyuklardan birinin qarşısına mişar daşları, digərinin qarşısına isə yük avtomobilinin təkəri qoyulub. Xüsusilə günün qaranlıq saatlarında bu maneələri vaxtında görmək çətin olduğundan, sürücülər qəza təhlükəsi ilə üz-üzə qalırlar.
Fərid
bax.tvhttps://player.bax.tv/embed/227926.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler