Bu yöndə Real la fərqimiz çox deyil, amma... Barselona nın baş məşqçisi

02.05.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının oyun üslubundan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:

"Çoxları bizim riskli oynadığımızı düşünürlər. Bunu hətta Almaniya qəzetlərindən də oxuyuram. Amma başqa komandalara, məsələn, "Real"a baxsaq, onlar da çox top buraxırlar. Yəni bu yöndə "Real"la fərqimiz o qədər də çox deyil, amma biz daha çox qol vururuq. 

Oyun üslubumuz riskli ola bilər, lakin tərzimiz xoşuma gəlir. Özümüzü təşkilatlanmış komanda kimi göstərmək çox önəmlidir".

Qeyd edək ki, bu mövsüm La Liqada 89 qol vuran "Barselona" 32 dəfə topu tordan çıxarmalı olub. 66 dəfə rəqib qapılarına yol tapan "Real" isə 31 qola üzülüb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью