Bu yoxlamalar daha fərqli qaydada aparılmalıdır Rəy

16.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

«Kənd təsərrüfatı vergidən azaddır. Lakin bu güzəşt yalnız kənd təsərrüfatı fəaliyyəti şəxsi istifadə üçün nəzərdə tutulduqda keçərlidir. Şəxs hər hansı məhsulun satışını həyata keçirirsə, sosial-iqtisadi ədalət prinsipi naminə əldə etdiyi gəlirə uyğun vergi ödəməlidir”.

İqtisadçı ekspert Günay Hüseynova bunu 525.az-a deyib. Ekspert qeyd edib ki, şəhər əhalisinin narahatlığına gəlincə, burada sadəcə qeydiyyat aparılacaq. Məsələn, vətəndaşdan əməkhaqqının sistemdə 500 manat, ailəsinin aylıq ümumi gəlirinin 1200 manat, evindəki hər hansı əşyanın qiymətinin 8000 manat və ya idarə etdiyi avtomobilin dəyərinin 40 min manat olması barədə sorğu-sual edilməyəcək:

“Əslində, sosial-iqtisadi ədalətin təmin olunması naminə bu yoxlamaların daha fərqli qaydada aparılmasını təklif edirəm. Məsələn, bütün gəlir və xərclər, eləcə də əmlak və digər maddi sərvətlər qarşılaşdırıla bilər”.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью