Bu, Yunanıstanın günahı üzündən alınmadı Tatar

05.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kiprdə uzunmüddətli və davamlı tənzimləmə yalnız adanın reallıqlarının tanınması şərti ilə mümkündür. Danışıqlar üçün ümumi zəmin olmadan dialoqun bərpası mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar BMT Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi Kolin Stüartla görüşdə bildirib.

Onun sözlərinə görə, Lefkoşa adanın yunan icması ilə “iki müstəqil və suveren dövlət” prinsipi əsasında əməkdaşlığa hazırdır.

BMT Təhlükəsizlik Şurasında Kiprin federal quruluşu ilə bağlı səslənən çağırışları şərh edən Tatar qeyd edib:

“Bu mövzu aktuallığını itirib. Bu məsələ ilə bağlı razılaşma məhz Yunanıstan tərəfinin günahı üzündən əldə olunmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью