Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avtomobilin davamlı çalışması və uzunömürlü olması üçün ən önəmli detallardan biri də məhz akkumulyatordur.
Bu cihaz nəqliyyat vasitəsində, bir növ, batareya vəzifəsini yerinə yetirir və mühərrikin işə düşməsində, eyni zamanda, elektrik ötürücüləri, siqnalizasiya, maqnitofon kimi parçaların işləməsini də təmin edir.
Maşın ustalarının və mütəxəssislərin tövsiyəsinə əsasən, ortalama normal akkumulyatorun ömrü keyfiyyətindən asılı olaraq, 3-5 il arası dəyişir.
Lakin xüsusi qayğı və vaxtı-vaxtında qulluq etməklə akkumulyatorun istismar müddətini 5 ildən daha yuxarı çıxarmaq olar.
Əsas məsələ, keyfiyyətli və dözümlü akkumulyator seçməkdir. Mövzu ilə bağlı danışan təcrübəli avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki
“Akkumulyatoru sıradan çıxaran bir çox şey ola bilər. Çünki bu cihaz maşının bir çox funksiyasını işə salır və ya təkan verir.
Ölkəmizə gətirilən ən yaxşı akkumulyatorlar Ukrayna, Rusiya və Türkiyə istehsalı olanlardır. Amma son vaxtlar Ukraynadakı müharibə və s.