Bubiştanı köməkçisi əvəzlədi

21.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Kabo-Verde milli komandasına yeni baş məşqçi təyin olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandanın “sükanı” Humberto Bettenkura tapşırılıb. Onunla anlaşmanın detalları açıqlanmayıb.

Bettenkur 2020-ci ilin yanvarından komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.

Bubiştanın rəhbərliyi altında komanda DÇ-2026-nın 1/16 finalına qədər yüksəlmişdi. Bu mərhələdə isə Argentinaya məğlub olmuşdular.

Bubişta bir müddət əvvəl Mərakeşin “Berkane” klubuna baş məşqçi təyin edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью