Budanov Əbu Dabidə sui qəsdçisi ilə görüşüb KİV

11.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Əbu-Dabidə Ukrayna və Rusiya nümayəndə heyəti arasında keçirilən üzbəüz danışıqlar zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya nümayəndə heyətinin üzvü Dmitri Minayevlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna kəşfiyyatı Minayevi 2019-cu ildə Budanova qarşı sui-qəsdin təşkilatçısı hesab edir:

“Tərəflər arasında görüş noyabrın 10-da Əbu-Dabidə yerləşən beşulduzlu “Emirates Palace Mandarin Oriental” hotelində baş tutub. Burada ABŞ-ın vasitəçiliyi ilə münaqişənin nizamlanmasına dair iki gün davam edən qapalı üçtərəfli məsləhətləşmələr keçirilib. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına əsasən, Minayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat bölməsinə rəhbərlik edir və BƏƏ-də keçirilən danışıqlarda nümayəndə heyətinin rəsmi tərkibinə daxil edilib. Məhz o, 7 il əvvəl Budanovun aradan götürülməsi əməliyyatına rəhbərlik edib”.

Nəşr Ukrayna rəsmisinin Rusiya nümayəndəsi ilə təmas zamanı davranışına və reaksiyasına xüsusi diqqət yetirib:

“Budanov qarşı tərəflə görüş zamanı nümayişkaranə şəkildə ironik davranaraq baş verənləri Kremlin əvvəlcədən sezilən təxribatçı addımı kimi qiymətləndirdiyini göstərib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью