Budanov Zelenskiyə rəqib olur?

27.04.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun (terrorçu və ekstremistlər siyahısına salınıb) "çox böyük" siyasi ambisiyaları var.

Redaktor.az xəbər verir ki, bu barədə "Babel.ua" nəşri onun yaxın ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, "yaxın ətrafındakı insanların dediyinə görə, onun ambisiyaları çox böyükdür".

Eyni zamanda, "Babel"in həmsöhbətləri qeyd ediblər ki, Budanov Ukrayna Prezident Ofisinə getmək istəməyib və ona ultimatum verilib: "ya o, sadəcə Baş Kəşfiyyat İdarəsindən (GUR) gedir, ya da GUR-dan gedərək Ofisə rəhbərlik edir". Dövlət strukturlarındakı mənbələr həmçinin bildiriblər ki, Prezident Ofisinin rəhbəri təyin olunduğu anda Budanov Ukraynada tezliklə prezident seçkilərinin keçiriləcəyinə inanırdı və ümid edirdi ki, "Ofis onun reytinqini məhv etməyə çatdırmayacaq".

Nəşr qeyd edir: "Əsas suallardan biri budur ki, Budanov onilliklər ərzində neqativlə assosiasiya olunan Ofis rəhbəri vəzifəsində öz populyarlığını və reytinqini itirməyəcəkmi və bütün riskləri düzgün hesablayıbmı".

Həmçinin "Babel.ua"ya danışan mənbə bildirib ki, Ukrayna üzrə sülh danışıqları uğursuzluğa düçar olarsa, Kiyev buna görə günahı Budanovun üzərinə qoyacaq.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью