Budanovdan 2025ci il proqnozu: Rusiyanı nələr gözləyir?

01.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna üçün 2025-ci il 2024-cü ildən daha yaxşı olacaq. Çoxlu sayda yaxşı hadisələr mümkündür.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

"2025-ci illə bağlı çox nikbinəm. 2025-ci il mütləq bundan daha yaxşı olacaq. Bunun konkret səbəbləri var. Rusiya 2025-ci ilin ortalarına qədər, ölkənin maliyyə-iqtisadi sistemi ilə bağlı çox çətin qərarlar qəbul etməli olacaq”, - o bildirib.

Budanov qeyd edib ki, Ukrayna nəinki qələbə gözləyir, həm də bunun üçün hər şeyi edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью