Budanovdan müharibə ilə bağlı proqnoz: İlin sonuna qədər…”

07.07.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini Kirill Budanov Rusiyaya qarşı davam edən müharibənin aktiv fazasının ilin sonuna qədər başa çata biləcəyini istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Budanov "RBK-Ukraina"ya müsahibəsində bildirib.
O, müharibənin gedişatına dair sualları cavablandırarkən qeyd edib ki, münaqişəni gərginliyin azalmasına doğru aparmaq üçün əvvəlcə eskalasiyanın pik həddə çatması lazımdır:
"Şanslar var. Yaz aylarında danışıqlar prosesi çox yaxşı templə gedirdi. İndi isə hamı eskalasiyanın şahidi olur. Gərginlikdən çıxmaq üçün, adətən, əvvəlcə eskalasiyanın maksimallaşması lazımdır. Yəni, hazırkı eskalasiya, daha sonra deeskalasiya və dialoqun davamı. Əgər tərəflər bunda maraqlıdırsa, bu mümkündür".
Eyni zamanda, Budanov Ukraynanın hər hansı bir ərazi güzəştinə getməsinin qətiyyən mümkün olmadığını vurğulayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью