Budanovla Araxamiyanın Donbasla bağlı fərqli mövqeləri...

16.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın amerikalılarla danışıqlarda Donbas məsələsinin müzakirəsinə fərqli yanaşmaları var.

Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” mənbələrə istinadla məlumat yayıb.

“Budanov amerikalılara, onların vasitəsilə isə rusiyalı danışıqçılara Ukrayna üçün nəzəri cəhətdən məqbul ola biləcək təmas xəttinin haradan keçə biləcəyini izah etməyə çalışır. Araxamiya isə Avropada sülhün təminatları ilə bağlı məsələlər həll olunana qədər Donbas məsələsini unutmağı təklif edir. Hər iki mövqe paralel kanallar vasitəsilə Trampın danışıqlar qrupuna çatdırılır və ümid edilir ki, məhz bu variantlardan biri nəticə verəcək”, - mənbə bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью