Budapeşt Bakı ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır RƏY

30.01.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin genişlənməsi perspektivləri daha çox Azərbaycan ilə Avropa İttifaqı arasındakı iqtisadi-ticari əlaqələrin ümumi səviyyəsi ilə müəyyən olunur.

Bu fikri AZƏRTAC-da yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında beynəlxalq və iqtisadi inkişaf üzrə macarıstanlı ekspert Matiyaş Koxan səsləndirib.

Onun sözlərinə görə, Budapeştin ticarət siyasəti Avropa İttifaqı çərçivəsində formalaşır, lakin ikitərəfli investisiya layihələri ölkələr arasında ticarət dövriyyəsinin artmasına töhfə verə bilər. Xüsusilə, o, yaşıl energetika və yaşıl hidrogenin inkişafı sahəsində birgə təşəbbüslərin potensialına diqqət çəkib.

Bundan əlavə, ekspert Türk Dövlətləri Təşkilatının (TDT) institusional strukturunun mərhələli şəkildə möhkəmlənməsini qeyd edib. M.Koxanın fikrincə, perspektivdə bu proses qeyri-tarif maneələrinin aradan qaldırılması, standartların uyğunlaşdırılması və ticarətin liberallaşdırılması üçün şərait yarada bilər. Eyni zamanda o vurğulayıb ki, TDT-də müşahidəçi statusuna malik və Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanla praktik iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью