Budapeşt Korvinus Universitetində Azərbaycan guşəsi təqdim edilib

24.04.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Budapeşt, 24 aprel, AZƏRTAC

Budapeşt Korvinus Universitetində keçirilmiş “Mədəniyyət Günü”ndə Azərbaycanın zəngin mədəni irsi təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYİD) və tələbələrimizin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yaradılmış Azərbaycan guşəsi milli atributlar, rəqslər və mətbəx nümunələri ilə xüsusi diqqət çəkib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çoxsaylı ziyarətçilərlə yanaşı, universitetin rektoru Bruno van Pottelsberghe Azərbaycan guşəsini ziyarət edib, tələbələr tərəfindən təqdim olunan mədəniyyət nümunələri və milli mətbəximizin təamları ilə tanış olub.

Tədbir çərçivəsində tələbələrimizin ifasında “Mirzeyi”, “Sarı gəlin” və “Uzundərə” rəqsləri ifa olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью