Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya hələ də ABŞ-la Budapeşt sammitinə hazırdır, tərəflər arasında əlaqələr davam edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Əgər Alyaska görüşünün yaxşı nəticələrinə əsaslanarsa, Budapeştdə ikinci Rusiya-Amerika sammitini keçirməyə hazırıq. Lakin hələlik tarix təyin edilməyib. Rusiya-Amerika əlaqələri davam edir", - deyə Lavrov qeyd edib.