Budapeştdə 2 gümüş medal

18.07.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıblar. Yarışın ilk günündə sərbəst güləş üzrə millinin 3 üzvü xalçaya çıxıb.

Onlardan ikisi - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.

Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

M.HACIXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью