Budapeştdə beynəlxalq kiberturnir keçiriləcək

28.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Budapeşt, 28 may, AZƏRTAC

“Star-Ledder” elektron idman turnirlərinin təşkilatçısı Budapeştdə “Counter-Strike-2” turniri keçirəcək.

AZƏRTAC bu barədə paytaxt rəsmilərinə istinadla xəbər verir.

Baş nazirin müşaviri Jolt Nitray bildirib ki, Budapeştdəki “MVM Dome” stadionunda dörd günlük pley-off mərhələsində yekunlaşacaq turnirin keçirilməsi barədə elan Macarıstan üçün kiberidman sahəsində “irəliyə böyük addım” və ölkənin beynəlxalq imicini yüksəltmək üçün “fantastik fürsət”ə çevrildi.

Mükafat fondu 1,25 milyon ABŞ dolları olan turnir noyabrın 24-dən dekabrın 14-dək davam edəcək.

Hesabatda bildirilir ki, Budapeştdə gündə 65-220 avro xərcləyəcək 40 minə yaxın turistin cəlb olunacağı gözlənilir.

“Star-Ledder”in macar tərəfdaşı olan “Esport1”in əməliyyat fəaliyyətinə məsuliyyət daşıyan Daniel Hodojanın sözlərinə görə, Macarıstanda kiberidmana illik xərclər dinamik şəkildə artır və hazırda 70 milyard forint təşkil edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью