Budapeştdə ilk medal

12.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası ilk medalını qazanıb.

Futbolpress.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev turniri çempionluqla başa vurub.

Yarışa inamlı başlayan cüdoçumuz sırası ilə Orlando Kazor (Fransa), Oskar Pertelson (Estoniya), Renat Kroitoru (Moldova) və Ohad Moritsi (İsrail) məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda Yaponiya təmsilçisi Şusuke Uçimuranı üstələyən Rəşid həlledici final qarşılaşmasında da İsveç cüdoçusu Narek Vardanyana qalib gələrək “Böyük Dəbilqə”nin qızıl medalına sahib çıxıb.

81 kq-da mübarizə aparan Vüsal Qələndərzadə də uğurlu seriya ilə yarımfinala kimi irəliləyib. Odisseas Georgakis (Kipr), Abdul-Kərim Tasuyev (Rusiya), Hristo Valkov (Bolqarıstan) və Vasilije Qruyiçiçi (Serbiya) sıradan çıxaran Vüsal yarımfinalda yaponiyalı Yoşito Hocoiyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə sloveniyalı Nace Herkoviçlə tatamiyə çıxacaq.

Digər təmsilçilərimizdən Kamran Süleymanov (73 kq) Natan Kadinyana (Fransa), Südaba Ağayeva (70 kq) isə Tais Pinaya (Portuqaliya) uduzaraq çıxışlarını ilk mərhələdə başa vurublar. Olimpiya çempionu Hidayət Heydərov (81 kq) isə zədə səbəbindən yarışdan kənarda qalıb.

Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl medal var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью