Budapeştdə keçirilən reytinq turnirində Jalə Əliyeva yarımfinala yüksəldi

18.07.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində qadın güləşçimiz Jalə Əliyeva 1/8 final mərhələsində koreyalı Yongcin Kvona 8:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Azərbaycanlı güləşçi növbəti mərhələdə polşalı Maqdalena Lişevskaya ilə üz-üzə gəlib və rəqibini “tuş”la məğlub edərək yarımfinala vəsiqə qazanıb.

53 kq çəki dərəcəsində mübarizə aparan Əsmər Cankurtaran 1/8 finalda çinli Cin Canqa 0:8 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Eyni çəkidə digər Azərbaycan təmsilçisi Nərgiz Səmədova da mübarizəni dayandırıb. O, 1/8 final görüşündə amerikalı Kristel N. Rodriges Doblerə 0:6 hesabı ilə məğlub olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью