Budapeştdə Putin Tramp görüşü Aİ yə zərbə olacaq Teleqraf

17.10.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü Avropa İttifaqına (Aİ) ağrılı zərbə olacaq və Macarıstanın baş naziri Viktor Orbanın birlik daxilində təsirini gücləndirəcək.

Bizimyol.info xəbər verir ki, bu fikri Britaniyanın “The Telegraph” qəzeti bildirib.

“Macarıstanın sammitin keçiriləcəyi yer kimi seçilməsi çox güman ki, Aİ-nin üzündəki təbəssümü silib. Blok əsasən Ukrayna sülh danışıqlarının kənarında qalıb və İsrail ilə Qəzzada radikal Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin həlli üçün sülh planının hazırlanmasında oynadığı kiçik roldan narahatdır”, - deyə məqalədə qeyd edilir.

Nəşrin müəlliflərinin fikrincə, avropalı diplomatlar Orbanın Aİ siyasətinə mane olması səbəbindən Macarıstanda hakimiyyət dəyişikliyinə ümid edirlər, lakin Budapeştdə Rusiya və ABŞ liderlərinin danışıqları baş nazirin dünya səhnəsində mövqeyini gücləndirəcək.

Cümə axşamı Putinlə telefon danışığından sonra Tramp tezliklə Macarıstanın paytaxtında görüşməyə razılaşdıqlarını açıqlayıb.

Daha sonra ABŞ prezidenti bunun yaxın iki həftə ərzində baş verə biləcəyinə aydınlıq gətirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью