Budapeştdə uğursuz start

11.09.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Budapeştdə start götürən “Böyük Dəbilqə” turnirinin ilk günündə Azərbaycan cüdoçuları fəxri kürsüyə qalxa bilməyiblər.

Futbolpress.az xəbər verir ki, yarışa qatılan iki təmsilçimiz turniri 5-ci pillədə başa vurub.

60 kq çəki dərəcəsində mübarizə aparan Murad Muradlı yarışa uğurlu start verərək Ermənistan təmsilçisi Vahe Ağasyan və Fransa idmançısı Maksim Merleni sıradan çıxarıb. Dörddəbir finalda meydan sahibi Mart Andrasiyə uduzan təmsilçimiz təsəlliverici görüşdə digər macar cüdoçu Şanad Fetskonu üstələyib. Lakin bürünc medal uğrunda həlledici qarşılaşmada ukraynalı Artyom Lesyukə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov da turniri eyni pillədə tamamlayıb. Mərhələni döyüşsüz adlayan cüdoçumuz ardıcıl olaraq Maykl Frayeri (Birləşmiş Krallıq), Yoxem van Harteni (Niderland) və dörddəbir finalda Bense Ponqraçı (Macarıstan) məğlub edib. Yarımfinalda Monqolustan təmsilçisi Byambasuren Ulzibayara uduzan İmranov bürünc medal uğrunda görüşdə moldovalı Denis Vieri qarşısında çətinlik çəkərək mübarizəni medalsız bitirib.

Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirinə sentyabrın 13-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью