Budaq Nəsirov Region Liqası klubuna keçdi

12.11.2024

Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il Region Liqasında çıxış edəcək “Naftalan” heyətinə yeni futbolçu əlavə edib.

"Operativ Media" xəbər verir ki, bölgə klubu Budaq Nəsirovla müqavilə bağlayıb.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi vaxtı ilə “Kəpəz”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Zirə” və “Sumqayıt” kimi komandalarda oynayıb. O, son olaraq “Karvan” klubunda çıxış edib. Nəsirov bir müddət Portuqaliya “Sportinq”inə məxsus olub, amma orada möhkəmlənə bilməyərək geri qayıdıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью