Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Deputat: “Daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”Azərbaycan hökuməti dövlət büdcəsinə dəyişiklikləri əhatə edən qanun layihəsini Milli Məclisə təqdim edib.
Layihədən aydın olur ki, 2023-cü il dövlət büdcəsinə 4 milyard 338,4 milyon manat əlavə edilir.
Bildirilir ki, bu vəsait büdcə gəlirlərinin və Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin artırılması, təsdiq olunmuş bəzi xərclərin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanacaq.
Bu zaman Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertin həcmi 457,7 milyon manat, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödədiyi mənfəət vergisinin həcmi isə 985 milyon artırılır.Büdcənin əlavə xərclərinin daha 1 milyard 562,8 milyon manatı əlavə qeyri-neft gəlirləri hesabına təmin ediləcək.
Dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və xərcləri arasında yerdəyişmə nəticəsində 1122,9 milyon manat təmin olunacaq.
Bundan əlavə, dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi dövlət borclanması və özəlləşdirmədən daxilolmalar hesabına 210,0 milyon manat artırılması nəzərdə tutulur.Beləliklə, 2023-cü il dövlət büdcəsinə dəyişiklikdən sonra gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri isə 36 milyard 568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz çoxdur.
Vüqar Bayramov İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək: “Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur.