Büdcə gəlirləri 645 milyon manat artırılır

16.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

“Gələn il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat çoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 16-da keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2027-ci il üçün dövlət büdcəsinin xərcləri 42,4 milyard manat təşkil edəcək. Bu da cari illə müqayisədə təxminən 696 milyon manat çoxdur.

S.Qafarova qeyd edib ki, bu il ölkənin ictimai-siyasi həyatında bir sıra mühüm hadisələr baş verib. Onun sözlərinə görə, Azərbaycanla ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Avropa İttifaqı ilə əməkdaşlıq üzrə strateji gündəlik, eləcə də beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Spiker may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını, apreldə baş tutan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və digər beynəlxalq tədbirləri xatırladıb.

O, noyabrın 8-də Zəfər Gününün altıncı ildönümünün qeyd edildiyini, həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirildiyini də diqqətə çatdırıb.

S.Qafarova bildirib ki, ölkə iqtisadiyyatının dayanıqlılığı dövlətin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində qorunub saxlanılıb. Onun sözlərinə görə, dövlət büdcəsi 4,8 milyard manat proqnozla icra olunub, strateji valyuta ehtiyatları isə aprel ayının sonuna 89 milyard dollara yaxınlaşıb. Bu göstərici xarici dövlət borcundan təxminən 50 dəfə çoxdur.

Spiker, həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin davam etdiyini, doğma yurdlarına qayıdan ailələrin sayının artdığını vurğulayıb.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью