Büdcə kəsirinin yuxarı həddi açıqlandı

23.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə az xəbər verir ki, 2027-ci il büdcə zərfində dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 146 000,0 min manat məbləğində təsdiq edilməsi əksini tapıb.
Onun maliyyələşdirilməsinin özəlləşdirmədən və digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2027-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı) hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Eləcə də, 2027-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 50 377 122,9 min manat müəyyən edilir.

Sənəddə həmçinin qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2027-ci il icmal büdcəsinin kəsirinin yuxarı həddinin məbləği 16 074 122,9 min manat məbləğində müəyyən edilsin.

Mürtəza 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью