Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu fikirlər iqtisadçı-ekspert Natiq Cəfərova məxsusdur. O bildirib ki, büdcə xərcləri lazım oldu-olmadı azaldılır, qənaət və büdcəyə daha çox vəsait cəlbi hökumətin əsas hədəfinə çevrilib. Bu isə ÜDM-nin artım tempini, iqtisadi aktivliyi azaldır, paralel olaraq da insanların gəlirləri aşağı düşür.
2026-cı ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Bu dövrdə büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, büdcə xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib.
- Maliyyə Nazirliyi bu il qəribə bir praktikaya əl ataraq, xəzinədə yaranan profisiti, yəni “qənaət etdiyi” vəsaitin bir qismini banklara depozitə qoydu. Yəni, hökumət vergi-rüsum-cərimə artımı ilə yığdığını xərcləmir, iqtisadiyyata buraxmır ki, əlavə dəyər yaranması sürətlənsin, iqtisadiyyat canlansın,- ekspert vurğulayıb.
Onun sözlərinə görə, hökumət ən kiçik, məsələn, 10 mln. manatlıq layihəyə pul ayrırsa, bunun multiplikativ effekti olur: “Həmin 10 mln. manata məktəb tikilirsə, daş, qum, sement, armatur və s. istehsal edən, daşıyan qazanır. Daşıyanda “KAMAZ” xarab olur və ya təkəri deşilir - təmir edən, təkər yamayan qazanır, sürücü yolda acır, kafeyə gedib piti yeyir - kafe də qazanır. Məktəbi tikən usta, fəhlə maaş alır – qazanır. Bu qədər insan qazandığı pula ərzaq alır - ərzaq satan qazanır, ərzağı gətirən, və ya istehsal edən qazanır. Sonra gedir uşağına ayaqqabı alır – ayaqqabı satan, gətirən, istehsal edən qazanır. Evinə təzə TV alır – tv satan, gətirən qazanır. Bu da iqtisadi canlanma yaradan faktor olur”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. 2026-cı ilin yanvar–oktyabr ayları üzrə Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. Bu dövrdə büdcə gəlirləri 33 milyard 569,6 milyon manat, büdcə xərcləri isə 28 milyard 761,4 milyon manat təşkil edib.