Büdcə siyasətində YENİ MƏRHƏLƏ

16.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Xarici borcun ümumi dövlət borcundakı payı 32 faiz təşkil etsə də, hökumət tərəfindən onun ortamüddətli perspektivdə mərhələli şəkildə azaldılması və daxili borcla əvəzlənməsi strategiyası davam etdiriləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində müsbət addımlar atılıb, büdcə siyasəti keyfiyyətcə yeni mərhələyə keçib. Hazırda maliyyə intizamının gücləndirilməsi və fiskal dayanıqlılığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Komitə sədri vurğulayıb ki, büdcə siyasətinin əsas hədəfi maliyyə dayanıqlılığını qorumaqla yanaşı, davamlı iqtisadi inkişafı təmin etməkdir. Onun sözlərinə görə, makroiqtisadi sabitliyə fiskal, monetar və iqtisadi siyasətin uzlaşdırılması ilə nail olmaq mümkündür.

A.Əmiraslanov xarici borcun azaldılaraq daxili borcla əvəzlənməsi strategiyasını əsaslı hesab etdiyini bildirib. O qeyd edib ki, xarici borcun büdcəyə yükü yalnız onun nominal həcmi və ümumi daxili məhsuldakı payı ilə deyil, həm də valyuta tərkibi, ödəmə müddətləri və borca xidmət xərcləri ilə müəyyən olunur.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью