Büdcə strukturlarında ixtisarlar

28.02.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin ilk ayı əhali üçün bir sıra süprizlərlə – bir çox sahələrdə baş verən qiymət artımları ilə yadda qaldı. 

Ancaq bunun ardınca bir sıra dövlət büdcəsindən maliyyələşən strukturlarda da  ixtisar prosesinə start verilib. 

Gununsesi.info-ya müraciət edərək adlarının çəkilməsini istəməyən İdman Akademiyasın işçiləri, bu ali təhsil ocağında da ixtisarların olduğunu bildirirlər.

Onlar, bildirir ki, rektorluq bu barədə göstərişin Gənclər və İdman Nazirliyindən gəldiyini deyib.

Bundan başqa, ixtisar aparılan qurumlardan biri də “Azəravtoyol” Agentliyidir.

Bu agentliyin regional idarələrində xeyli sayda işçi ixtisara salınıb.

Gununsesi.info-nun araşdırmaları zamanı müəyyən olunub ki, 2025-ci il başlayandan ixtisarlar əksər ali təhsil müəssiələrində də aparılır.

Afət Abbasova

Gununsesi.info

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью