Büdcədə 1 milyard 683 milyon manat profisit yaranıb

18.04.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Cari ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10 milyard 744,3 milyon manat, xərcləri isə 9 milyard 61,3 milyon manat icra olunub.

Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.

İcmal büdcədə 1 milyard 683 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью