Büdcəni razılaşdıra bilmirlər Liderlər 2 düşərgəyə bölündü

27.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri 2028-2034-cü illər üçün çoxillik ittifaq büdcəsini (Multiannual Financial Framework, MFF) razılaşdıra bilməyiblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Fridrix Merts açıqlayıb.

O, Aİ-nin 17-18 dekabr tarixlərində keçiriləcək sammitində büdcənin yenidən müzakirə olunacağını bildirib.

Məlumata görə, hazırda Aİ ölkələri iki düşərgəyə bölünüblər: bəziləri büdcə xərclərinin ixtisarını müdafiə edir, digərləri isə bu cür qənaət tədbirlərini dəstəkləmirlər.

Qeyd edək ki, MFF haqqında saziş layihəsini noyabrın 21-də Avropa Şurasının sədri Antoniu Koşta təqdim edib. Büdcə layihəsini şərh edərkən Avropa Şurasının sədri sənəddə rəqabətqabiliyyətliliyin maliyyələşdirilməsinin 120%, müdafiə sahəsinin maliyyələşdirilməsinin isə 232% artırılmasının nəzərdə tutulduğunu bildirib. Bundan başqa, sənəd miqrasiya proseslərinin idarə edilməsi və sərhədlərin nəzarəti üçün üzv dövlətlərə ayrılan vəsaitlərin həcminin ikiqat artırılmasını, Avropanın dünyada maraqlarının dəstəklənməsinə yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinin isə 23% artırılmasını nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью