Büdcənin yarım milyard pulu yerli banklara depozit qoyuldu

22.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Maliyyə Nazirliyi dövlət büdcəsinin daha 500 milyon manat pulunu 5 yerli banka depozit qoyub.

Yenisabah.az xəbər verir ki, bu vəsait 30 gün müddətinə 6.8%-lə depozit edilib.

Ötən ay ₼1.5 milyard vəsait 7.04%-lə yerləşdirilmişdi.

Qeyd edək ki, ümumilikdə ₼2 milyard vəsait bu beş sistem əhəmiyyətli banka yerləşdirilib. Həmin banklar ABB, Paşa Bank, Kapital Bank, Unibank və Bank Respublikadır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью