Büdcəyə dividend ödəyən dövlət müəssisələrinin sayı 2 dən 52 yə çatacaq

04.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə dividend ödəməsi nəzərdə tutulur. 2026-cı ildə belə müəssisələrin sayı 2-dir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən büdcəyə 872 milyon manat dividend daxil olacağı gözlənilir. Bu, cari ilin proqnozundan 272 milyon manat və ya 45,3 faiz çoxdur.

SOCAR üzrə 434 milyon manat, “Azərbaycan Beynəlxalq Bankı” üzrə isə 175 milyon manat dividend proqnozlaşdırılır.

İlk dəfə dividend ödəməsi nəzərdə tutulan təşkilatlardan ümumilikdə 263 milyon manat gözlənilir. Bunun 71,3 milyon manatı “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin, 48,8 milyon manatı “Azərbaycan Hava Yolları”nın, 39,6 milyon manatı “Azərgold”un, 36,5 milyon manatı “Azərenerji”nin, 21,3 milyon manatı isə “Azercell Telekom”un payına düşür.

Ödənişlər dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinə dair qaydaların tətbiqi çərçivəsində nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью