Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 13 milyard 630.4 milyon manat həcmində vergi vəsaiti köçürülüb ki, bu da müəyyən edilmiş proqnozdan 913.4 milyon manat çoxdur.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə vergi yığımlarında 1 milyard 174.6 milyon manatlıq, yəni 9.4 faizlik artım qeydə alınıb.
Daxilolmaların böyük hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Belə ki, bu sahədən büdcəyə 10 milyard 332.6 milyon manat ödənilərək proqnozlaşdırılandan 292.6 milyon manat artıq vəsait toplanıb. Qeyri-neft sferasından daxil olan vergilər 2025-ci ilin yanvar-sentyabr göstəricilərini 1 milyard 159.3 milyon manat və ya 12.6 faiz üstələyib. Sezar pizza
Bununla yanaşı, sosial ödənişlər üzrə də müsbət dinamika müşahidə olunub. İlin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 267.2 milyon manat ötməklə 5 milyard 59.7 milyon manata çatb, bunun da 3 milyard 401.6 milyon manatdan çoxu qeyri-büdcə təşkilatlarının payına düşüb. Həmçinin işsizlikdən sığorta haqları üzrə 179.9 milyon manatdan çox (proqnozdan 8 milyon manat artıq), icbari tibbi sığorta haqları üzrə isə 758.8 milyon manata yaxın (proqnozdan 18 milyon manat artıq) vəsait toplanıb.
Cəlalə Cəlalqızı